Türkiyədən İsrailə qınama: “10 fələstinlinin qətlə yetirilməsini şiddətlə…”

  • By admin
  • 23 Fevral 2023 14:02

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Qərbi şəriədə gerçəkləşdirdiyi qtəliamı qınayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, nazirliyin açıqlamasında Nablus şəhərində 11 fələstinlinin öldürülməsi ilə bağlı bunlar yazılır:

“İsrail qüvvələri tərəfindən 22 febralda Qərbi Şəriədə Nablus şəhərində gerçəkləşdirilən hücum nəticəsində qoca və mülki adamların olduğu, ən azı 10 nəfərin öldürülməsini və 100-dən çox adamın yaralanmasını şiddətlə qaınayırıq. Bölgədə şiddətin önlənməsi üçün İsrail vəzifəlilərinin bu cür hücumları və provakasiyaları sürətlə dayandırması şərtdir”.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info