ÜST rəsmisi pandemiyanın ŞAD XƏBƏRİNİ verdi

  • By admin
  • 06 Mart 2021 11:47

Koronavirus pandemiyası 2022-ci ilin əvvəlinə qədər aradan qaldırılacaq.

Gununsesi.info xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin rəhbəri Hans Kluqe Almaniyanın “Welt” qəzetinə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, 1 ildən sonra koronavirus haqqında daha çox şey biləcəyik: “Buna görə də pandemiyanın 2022-ci ilin əvvəlinə qədər keçəcəyi ehtimalından danışmaq olar. Bu, virusun bitəcəyi demək deyil. Ancaq ümid edirəm ki, artıq məhdudlaşdırıcı tədbirlərə ehtiyac olmayacaq”.

Kluqe qeyd edib ki, Avropada artıq vaksinlər var, ancaq peyvəndləmə kampaniyaları ləng gedir. Bunu nəzərə alaraq rahatlamağın hələ tez olduğunu düşünməliyik.

Gununsesi.info