XİN İranda itkin düşən azərbaycanlı barədə açıqlama yayıb

“İranda itkin düşən azərbaycanlı tələbədən hələ də məlumat yoxdur. “Hazırda bu məsələ araşdırılır”.

Gununsesi.info Azadİran-a istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi, 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib. Martın 4-dən bəri isə ondan xəbər almaq mümkün olmayıb.

Məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın Azərbaycandakı səfirliyinə nota ünvanlayıb.

 

Şəbnəm

Gununsesi.info