Yas mərasimlərinin təşkilinə də icazə verilsin – TƏKLİF

  • By admin
  • 24 İyun 2021 15:24

“Şadlıq mərasimlərinin təşkilinə icazə ilə yanaşı, yaslarla bağlı da qərar verilməlidir”.

Gununsesi.info xəbər verir ki, bunu Modern.az-a açıqlamasında deputat Fazil Mustafa bildirib. Onun sözlərinə görə, minimum 50 nəfərlə, ehsan təşkil edilmədən yas mərasimlərinin keçirilməsiə icazə verilməlidir:

“Heç olmasa vətəndaşlara ölüsü düşəni ziyarət edib başsağlığı vermək imkanı tanınmalıdır. Ailələrin bu tədbirləri keçirməsi üçün hüquqi çərçivə cızılmalıdır”.

Qeyd edək ki, COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində qeyri-müəyyən vaxtadək dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi qadağandır.