İranın yeni Ali Lideri Müctəba Xamenei həyat yoldaşı və bacısının ABŞ-İsrail əməliyyatı zamanı həlak olduğunu təsdiqləyib.
https://www.gununsesi.info xəbər verir ki, onun bəyanatı İran dövlət televiziyası tərəfindən yayımlanıb.
“Ölümü ictimaiyyətə açıqlanan atamla yanaşı, sevimli və sədaqətli həyat yoldaşım, ata-anasına xidmət edən, layiqli mükafatını alan sədaqətli bacım və azyaşlı övladı da şəhid oldu”, – o qeyd edib.












