Yunanıstanda yüksək yanğın təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə Nazirliyi ölkənin bir neçə bölgəsində yüksək yanğın riskinin olduğunu açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadla xəbər verir ki,  paytaxt Afina da daxil olmaqla, Attika, Krit, Euboea və Peloponnes yanğın riski yüksək olan bölgələr arasında yer alır.

Qeyd edilən bölgələrdə meşəlik ərazilərə yaxın olan vətəndaşlara yanğına səbəb ola biləcək davranışlardan çəkinmələri və diqqətli olmaları ilə bağlı xəbərdarlıq edildiyi bildirilib.

Digər tərəfdən Qərbi Trakyada dünən və bu gün türklərin yaşadığı Yəhyabəyli və Koyunköy yaxınlığındakı meşə sahələrində baş verən yanğınlara havadan və qurudan müdaxilə edildiyi və yanğının genişlənmədən nəzarət altına alındığı ifadə olunub.

Məlumatda, Saloniki yaxınlığında baş verən meşə yanğınına müdaxilənin davam etdiyi vurğulanır.

 

 

 

Ceyhun

Gununsesi.info