Zamiq Gəncədə konsert verəcək

  • By admin
  • 23 İyul 2022 19:14

Müğənni Zamiq Hüseynov Gəncədə konsert verəcək.

Gununsesi.info xəbər verir ki, sənətçinin növbəti musiqi marafonu 10 noyabr tarixində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.

Pop ulduz özü “Instagram” səhifəsində konsertinin posterini paylaşaraq “Mənə əziz olan Gəncə və əziz gəncəlilər. Sizinlə görüşməyi həyəcanla gözləyirəm. Ümid edirəm ki, inanılmaz bir gün olacaq. Görüşərik!” şərhini yazıb.

Xatırladaq ki, Z.Hüseynov sonuncu dəfə yanvarın 7-də Heydər Əliyev sarayında şəhid və qazi ailələrinə konsert ithaf edib.

Gununsesi.info