Zaqrebdə komandamız ikinci qızıl medalını qazandı

  • By admin
  • 26 Sentyabr 2021 20:39

Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri turnirində komandamız daha bir qızıl medal əldə edib.

Gununsesi.info xəbər verir ki, səkkizdəbir finaldan mübarizəyə başlayan cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) əvvəlcə Sebastian Oldak (Polşa), sonra Vaçid Borçaşvili (Avstriya) və Xusen Xalmurzayevi (Rusiya) məğlub edərək finala vəsiqə qazanıb. Həlledici mərhələdə Luka Maisuradze (Gürcüstan) üzərində qələbə qazanan M.Mehdiyev Qran-Prinin qalibi olub.

Qeyd edək ki, bundan əvvəl cüdoçumuz Hidayət Heydərov (73 kq) uğurla çıxış edərək qızıl medal qazanıb.

Otuz beş ölkədən 240-dən çox idmançının qüvvəsini sınadığı turnirdə Azərbaycanı iki cüdoçu təmsil edib.

Gununsesi.info