Zaur Kamal nazirliyin qarşısında yolu KƏSDİ -VİDEO

Tanınmış aparıcı Zaur Kamalın qayda pozuntusu qeydə alınıb.

Gununsesi.info Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə mayın 24-də, paytaxtın Landau küçəsində qeydə alınıb. Belə ki, Zaur Kamal idarə etdiyi 10-VL-101 qeydiyyat nişanlı “Porsche” markalı avtomobillə Hüseyn Cavid parkının qarşısında (Vergilər Nazirliyinin qarşısında) ikinci cərgədə dayanaraq yolu zəbt edib. O, tanışı ilə yarım saata yaxın söhbət edərək dayanma-durma qaydasını pozub.

Gununsesi.info