Zaur Mirzəzadə azadlığa buraxılıb

1 ilə yaxındır həbsdə olan Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri​ Zaur Mirzəzadə azadlığa buraxılıb.

Bu barədə Gununsesi.info -ya onun vəkili Kamran Musayev məlumat verib. Müdafiəçi bildirib ki, bu gün Bakı Apellyasiya məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən iclasda hökm dəyişdirilib. Məhkum barəsində dövlət ittihamçısının protesti rədd olunub. Zaur Mirzəzadəyə bəraət verilib və o məhkəmə zalından birbaşa azad edilib.

Qeyd edək ki, Z.Mirzəzadə dələduzluq ittihamı ilə həbs edilmişdi. O, “bakutime.az”, “xalq.az” saytlarının da rəhbəri olub.

 

Gununsesi.info