Əhməd Obalını oğlu döyüb - SENSASİYA

Bir neçə gün əvvəl ABŞ-ın Kaliforniya ştatında sui-qəsdə məruz qaldığı deyilən Gunaz.Tv – nın rəhbəri Əhməd Obalıya qarşı cinayət işi ilə bağlı yenilik var.

Gununsesi.info-nun xəbərinə görə, The New York Sun sensasion xəbər yazıb.

Xəbərə görə, polis olayın araşdırılması zamanı sürpriz nəticə ilə rastlaşıb. Belə ki, Əhməd Obalıya qarşı hücumu onun oğlunun təşkil etməsinə dair versiya ortaya çıxıb.

Obalı özü ifadəsində oğlu tərəfindən təhdid edildiyini deyib. “Kaliforniyada iranlı dissidentə müəmmalı hücumun dostları və ailəsi İranı günahlandırır. Polis hesabatında iddia edilir ki, zorakı hücumun arxasında dissidentin oğlu dayanır, baxmayaraq ki, bu hesabat əyani sübutlarla ziddiyyət təşkil edir” deyə məqalədə daha sonra bildirilir: Polis müstəntiqləri başqa cür iddia edirlər: İş siyasi motivli deyil, ailədaxili mübahisədən qaynaqlana bilərdi.

San Xose polis departamentinin polis rəisinin ofisi tərəfindən yayılan press-relizdə deyilir ki, “qurban, oğlunu əvvəlki gecə ona hücum edən şübhəli kimi tanıyıb”.

 

Tərcümə:

Şəbnəm

Gununsesi.info