Yanğına görə 5 şəxs məsuliyyətə cəlb olundu

  • Müəllif: Firuzə
  • 14 Avqust 2026 11:19

Ağsunun Ərəbmehdibəyli, Cəlilabadın Alar kəndi, Sabirabadın Nərimankənd kəndi və Saatlı rayonunun Qaracalar kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər  müəyyən ediliblər.

Gununsesi.info   DİN-ə istinadla xəbər verir ki, yanğını törədən H.Məmmədov, F.Fərəcov, M.Əzizov, S.Şahəliyev və R.Mecdinov barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Gununsesi.info