Putin Nazarbayevlə görüşəcək

  • Müəllif: admin
  • 29 İyun 2021 14:45

Rusiya Prezidenti Vladimir Putin Moskvada Qazaxıstanın birinci Prezidenti-Elbası Nursultan Nazarbayevlə görüşəcək.

Gununsesi.info xəbər verir ki, iyunun 30-da N. Nazarbayev Rusiyaya işgüzar səfərə gələcək.

V. Putin N. Nazarbayevlə Rusiya-Qazaxıstan strateji tərəfdaşlığı və müttəfiqlik münasibətlərinin gələcək inkişafını, Avrasiya məkanında inteqrasiya proseslərinin irəliləməsini, eləcə də bir sıra aktual beynəlxalq mövzuları müzakirə etməyi planlaşdırırlar.