Aİ Ukraynaya 10 milyon avro ayırdı

  • By admin
  • 01 Sentyabr 2022 21:35

Avropa İttifaqı ukraynalı məktəbli və tələbələrə dəstək üçün 10 milyon avro ayırıb. Həmçinin Ukraynadan olan xəstələrə dəstək elan edib.

Gununsesi.info xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinas Ukraynanın İkinci Dünya Müharibəsi Milli Tarixi Muzeyində keçirilən brifinq zamanı bildirib.

“Hazırda Aİ ölkələrində yarım milyona yaxın ukraynalı məktəbli və tələbə var. Eyni zamanda, bu gün Ukraynada milyonlarla şagird və tələbə nümayəndəsi yeni dərs ilinə başlayır. Biz dəstək və yardım göstərmək üçün hər cür səy göstərəcəyik. Həm Aİ-də, həm də Ukraynada əhalinin bu kateqoriyasına. Biz Ukraynanın təhsil sisteminə kömək etmək üçün xüsusi olaraq 10 milyon avro məbləğində vəsait müəyyən etmişik”, – o deyib.

Şinas əlavə edib ki, Avropa həmçinin tibbi evakuasiyada mütləq bütün lazımi dəstəyi təmin edəcək, həmçinin Aİ ölkələrində qalan ukraynalı xəstələrin ehtiyaclarını təmin edəcək.

Gununsesi.info