Almaniyada universitetdə atışma

  • By admin
  • 24 Yanvar 2022 18:16

Almaniyanın Heydelberq Universitetində atışma baş verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Atışma universitetin mühazirə zalında qeydə alınıb.

Cinayəti törədən şəxs zərərsizləşdirilib. Polis insindentin digər təfərrüatlarını açıqlamayıb.

Hazırda universitetin ətrafı polis tərəfindən əhatəyə alınıb. Araşdırmalar davam etdirilir.

 

 

Gununsesi.info