Azərbaycanlı futbolçu Ukrayna millisinə dəvət aldı

  • By admin
  • 08 Sentyabr 2022 19:19

Ukraynanın “Minay” peşəkar futbol klubunda çıxış edən azərbaycanlı futbolçu Eldar Quliyev növbəti dəfə bu ölkənin U-21 yığmasına dəvət olunub.

Gununsesi.info Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Ruslan Rotan Slovakiya ilə 2023-cü il Avropa çempionatının pley-off matçları üçün 20 yaşlı yarımmüdafiəçiyə dəvət göndərib.

Bu komandalar arasında qarşılaşmalar sentyabrın 23-ü və 27-də oynanılacaq.

Qeyd edək ki, Eldar Quliyev Azərbaycan millisinə namizəd futbolçulardan hesab olunur.

Gununsesi.info