Bədii gimnastlarımız Polşada uğurla çıxış etdilər

  • By admin
  • 03 May 2022 09:11

Polşanın paytaxtı Varşavada bədii gimnastika üzrə “XIV İrina Cup” beynalxalq turniri keçirilib.

Gununsesi.info Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışda ölkəmizi fərdi proqramda Mədinə Dəmirova, İlona Zeynalova və Kamilla Qafarova təmsil ediblər.

Hər üç təmsilçimiz onlara bəslənilən ümidləri doğruldaraq medallar qazanıblar. Böyüklər arasında qüvvəsini sınayan İ.Zeynalova çoxnövçülükdə qızıl, halqa ilə hərəkətlərin icrasına görə isə gümüş medal əldə edib.

Gənclər arasında mübarizə aparan K.Qafarova da çoxnövçülük yarışlarında qızıl medal əldə edib. Bu yaş kateqoriyasında çıxış edən daha bir təmsilçimiz M.Dəmirova isə topla hərəkətlərin icrasına görə gümüş medala sahib çıxıb.

Gununsesi.info