Eldar Mahmudov buna görə Zakir Qaralovu ram edib

  • By admin
  • 23 Fevral 2023 14:38

Son günlər ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi Sahib Ələkbərovun Bakı Apellyasiya Məhkəməsində Baş Prokurorluğun sabiq rəhbərliyi haqqında sensasion açıqlamaları MTN cinayətlərində Zakir Qaralovun və onun birinci müavini olmuş Rüstəm Usubovun məsuliyyəti məsələsini yenidən gündəmə gətirib.

Eldar Mahmudovun Milli Təhlükəsizlik Nazirliyində yaratdığı mütəşəkkil cinayətkar dəstənin uzun illər  cəzasızlıq mühitində faəliyyəti, bu cinayətlərin illərlə davam etməsinə görə məsuliyyət Baş Prokurorluğun o zamanki rəhbərliyinin üzərinə düşür.

Həmin dövrdə Zakir Qaralov və Rüstəm Usubov cütlüyü MTN cinayətlərinə şərik olublar. Ancaq təəssüflər olsun ki, hər iki şəxs “MTN İşi”  çərçivəsində məsuliyyətdən kənarda qaldı. Bu isə o deməkdir ki, “MTN İşi” ilə bağlı proses hərtərəfli və obyektiv araşdırılmadı.

MTN-nin 8 il cəza almış sabiq şöbə rəisi Sahib Ələkbərov da özünün məhkəmə proseslərində Baş Prokurorluğun sabiq rəhbərliyinin məsuliyyəti məsələsini davamlı olaraq gündəmə gətirsə də heç bir addım atılmadı.

Sahib Əlkəbərovun vaxtilə Hacı  Məmmədovun cinayət işi üzrə istintaq zamanı Baş Prokurorluqda idarə rəisi vəzifəsini tutan Rüstəm Usubovdan aldığı ifadəni dərc etmişik.

Həmin ifadəsində Rüstəm Usubov açıq şəkildə etiraf edir ki, Hacı Məmmədovun planlaşdırdığı cinayətlərdən Baş Prokurorluğun xəbəri olub.

Amma göründüyü kimi səhlənkarlığa görə məsuliyyətə alınmayan Rüstəm Usubov sonradan Baş Prokurorun birinci müavini təyin edilir. 

Burada ortaya bir məqam çıxır. 

Eldar Mahmudov DİN rəhbərliyindən fərqli olaraq, Baş Prokurorluğun rəhbərliyini ram edib, özünə işlədib. 

Hətta Zakir Qaralov həmin dövrdə gözü kölgəli olduğundan o qədər miskin duruma düşür ki, Eldar Mahmudovla birləşib o zamanki DİN rəhbəri Ramil Usubovu həbs etməyə belə çalışır.

Bu proses zamanı DİN-nin Baş Cinayət İdarəsinin rəisi olan general Zakir Nəsirovu həbsə atan Eldar Mahmudov onun Ramil Usubovun üzünə durmayacağı təqdirdə ömürlük cəza alacağı ilə təhdid edir və sonda buna nail olur.

Düzdür, 11 il günahsız həbs həyatından sonra Zakir Nəsirov azadlğa çıxır. Amma onun karyerası, itirilmiş illərinə görə heç kəs cəza almır.

Belə nümunələr çoxdur.

Uzağa getməyək, saytımızın baş redaktoru Pərviz Həşimlinin MTN tərəfindən saxta, qurama ittihamlarla həbsini xatırlatmaq kifaəyyətdir ki, burada dövlətin iki mühüm qurumunun başında oturan Zakir Qaralovun, Eldar Mahmudovun cinayətkar olmasını isbat edəsən.

Nömrə ardıcıllığı bir-birinə uyğun gələn silahları “qara bazar”dan alınmış silah kimi sənədləşdirən MTN-nin qurama əməliyyatında Pərviz bəyin həbsinə təqdimatı Rüstəm Usubov verir.

Sonradan aparılan saxta cinayət işinin ittiham aktını da məhz Rüstəm Usubov imzalayır.

Həmin dövrdə bəlli olur ki, eyni silahlarla MTN sabiq nazir Nicat Quliyevi həbs edib.

İki qurumun birləşərək dövlə adına törətdiyi cinayətlərin sayı-hesabı yoxdur.

 

Qeyd edək ki, hələ bir neçə il əvvəl Pərviz Həşimli Baş Prokuror Zakir Qaralova “MTn cinayətlərində Baş Prokurorluğun məsuliyyəti” məsələsi barədə sual ünvanlamışdı.

Həmin müsahibəni təqdim edirik:

 

 

Elmar Elnuroğlu

Gununsesi.info