Evdən 59 yaşlı kişinin meyiti tapıldı

  • By admin
  • 24 Avqust 2021 09:16

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Gununsesi.info FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Talıbov Telman Yaqub oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.