Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Sərəncam imzalayıb.
Gununsesi.info – nun məlumatına görə, ədliyyə naziri Fikrət Məmmədov yeni tərkibdə yer almayıb.
Dövlət başçısının digər Sərəncamı ilə ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib.
Qeyd edək ki, 68 yaşlı F. Məmmədov 2000-ci ildən ədliyyə naziri idi.
Xatırladaq ki, Gununsesi.info bir neçə gün öncə Fikrət Məmmədovun yeni Kabinetdə yer almayacağı barədə məlumat vermişdi.
Gununsesi.info