Hantavirus təhlükəsinin yayılması başa çatdı – ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus “MV Hondius” kruiz gəmisində Andes hantavirusunun yayılmasının başa çatdığını bildirib.

Gununsesi.info xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.

“Bu gün “MV Hondius” kruiz gəmisində hantavirusun təsirinə məruz qalmış sonuncu şəxs üçün karantin dövrü başa çatdı, onun test nəticəsi mənfi çıxdı və o, evinə qayıtdı. Mayın 25-dən bəri yeni hallar qeydə alınmayıb. Buna görə də ÜST virusun yayılmasını başa çatmış hesab edir”, – Qebreyesus bildirib.

Xatırladaq ki, Niderlandın “MV Hondius” ekspedisiya gəmisinin göyərtəsində Andes virusunu 2026-cı ilin aprel-may aylarında Cənubi Atlantika üzrə reys zamanı yayılıb. Gəminin göyərtəsində 147 nəfər – 88 sərnişin və 59 heyət üzvü olub. ÜST-nin mayın 2-də məlumat aldığı hantavirus yayılması zamanı təşkilat 13 təsdiqlənmiş yoluxma və üç ölüm halı barədə məlumat verib.

Hantaviruslar – əsasən xırda məməliləri yoluxduran, lakin insana da keçə bilən viruslar fəsiləsidir. Ağır hallarda yoluxan şəxslərdə ağciyərlərin zədələnməsi, ürək çatışmazlığı və hemorragik qızdırma yaranır.

Gununsesi.info