Hirkan Milli Parkında  YANĞIN

  • By admin
  • 10 Noyabr 2021 15:52

Hirkan Milli Parkında (Astara rayonu ərazisi) baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, yanğın nəticəsində təqribən 1 ha sahədə xəzəl və qurumuş ağac kötükləri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində aparılıb, əsasən əl əməyindən istifadə olunub.

Gununsesi.info