Hökumət Gəncənin yollarına pul ayırmalıdır - SÜRÜCÜLƏR ƏZİYYƏT ÇƏKİR

  • By admin
  • 17 İyun 2022 12:59

Milli Məvclin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev ölkədəki bahalaşmadan danışıb.

Onun sözlərinə görə, bununla yanaşı bildiyimiz kimi bazarlarda qiymətlər od-tutub yanır: “Xüsusilə meyvələrin qiymətinin baha olması hər kəsi narahat edir. Mən araşdırdım, kəndlərdə qiymətlə elə də baha deyil. Burada problem məhz məhsulun bölgələrdən Bakıya gətirilməsi zamanı daşınma şirkətlərinin qiymətlərinin qaldırılmasıdır. Təklif edirəm ki, “Kənddən Şəhərə” layihəsinin miqyasını daha da böyütmək lazımdır ki, şəhər əhalisi bu meyvələri rahatlıqla əldə etsinlər”.

Naqif Həmzəyev,  həmçinin Gəncədə təyyarə reyslərinin işləməməsi ilə bağlı fikir bildirib: “Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Çox təəssüflər olsun ki, bu gün Gəncə-Bakı-Gəncə, Gəncə-Naxçıvan-Gəncə təyyarə reysləri işləmir. Artıq pandemiya bitib. Düşünürəm ki, bu məsələyə AZAL tərəfindən, aidiyyatı qurumlar tərəfindən baxılsa, çox yaxşı olar”.

Millət vəkili həmçinin bildirib ki, bu gün dövlət tərəfindən uşaq baxçaları tikilir: “Ancaq çox təəssüflər olsun ki, dövlət tərəfindən tikilən bu uşaq baxçalarında qrup saylarının artırılması üçün aidiyyatı qurumlar əlavə vəsait ayırmır. Təklif edirəm ki, uşaq baxçalarında qrup saylarının artırılması üçün vəsait ayrılmalıdır”.

Deputat Gəncədəki daxili yollarla bağlı problemdən danışıb: “Gəncədə üç minə yaxın küçə, prospekt var. Bu il cəmi 30 küçəyə vəsait ayrılıb. Sürücülər yollarda avtomobil istifadə edə bilmirlər. Xahiş edirəm bu məsələyə də baxılsın”.

Günay

Gununsesi.info