İki idmançımız dünya çempionatında bürünc medal qazandı

  • Müəllif: Günel
  • 18 Avqust 2025 21:58

Azərbaycanın iki sərbəst güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.

Gununsesi.info xəbər verir ki, 70 kq çəki dərəcəsində yarışan Nurlan Ağazadə bürünc medal uğrunda görüşdə gürcüstanlı Qoqa Otinaşviliyə 4:0 hesabı ilə qalib gəlib.

125 kq çəki dərəcəsində çıxış edən Yusuf Dursunov isə fəxri kürsünün üçüncü pilləsinə qalmaq üçün fransalı rəqibini 3:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, mundial avqustun 24-də yekunlaşacaq.

Gununsesi.info