İlon Mask Bakıda şirkət açdı -“Starlink” Azərbaycana gəlir

  • By admin
  • 30 Dekabr 2022 20:13

Noyabrın 1-də “Starlink” peyk internet provayderinin (“SpaceX”) törəmə şirkəti olan “Starlink Azerbaijan” MMC Bakıda qeydiyyatdan keçib.

Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrində şirkətin ofisi “Azur Biznes” Mərkəzində yerləşir. Loren Dreyer şirkətin direktoru təyin edilib. O, “Speys İks”-də (SpaceX) “Starlink”in biznes əməliyyatları üzrə baş direktorudur.

Gununsesi.info xəbər verir ki, “Starlink” 2023-cü ildən başlayaraq Azərbaycanda xidmət göstərməyi hədəfləyir.

“Starlink” bütün dünyada yüksək sürətli, aşağı gecikmə ilə genişzolaqlı İnternetə çıxış təmin edir.

“Starlink”in internetə çıxışın alternativ mənbəyi kimi meydana çıxması bir sıra ekspertlər tərəfindən müsbət qiymətləndirilir. Onlar qeyd edirlər ki, Ukrayna və digər ölkələrin təcrübəsi “Starlink”in böhran vəziyyətlərində əvəzolunmaz olduğunu təsdiqləyib.

“Starlink” – ABŞ-ın “SpaceX” şirkəti tərəfindən idarə olunan peyk İnternetinə çıxış layihəsidir. Layihə tanınmış iş adamı Elon Maskın rəhbərliyi ilə həyata keçirilir.

Gununsesi.info