İnfarkt və insultdan qoruyan möcüzə içki

  • By admin
  • 30 İyun 2022 13:41

Çuğundur şirəsi infarkt və insultdan qoruyur.

Gununsesi.info xəbər verir ki, bu barədə diyetoloq, biologiya elmləri namizədi Aleksandr Miroşnikov “Rossiya 1” kanalında yayımlanan “О самом главном” verilişinin efirində danışıb. Ürək-damar xəstəliklərinin qarşısını almağın yollarından danışan həkim bildirib ki, çuğundur şirəsi çox faydalıdır.

Mütəxəssis izah edib ki, bu içkinin tərkibində orqanizmdə zərərli xolesterinin səviyyəsini azaldan maddələr – flavonoidlər var. O qeyd edib ki, artıq xolesterin ürək-damar xəstəliklərinin əsas səbəbidir.

Həkim əlavə edib ki, özünüzü infarkt və insultdan qorumaq üçün gündə 250 mililitr çuğundur suyu içməlisiniz.

Gununsesi.info