İşə qəbul olunan zaman şəxsi suallar verilə bilərmi?

Bu gün işə qəbul olunan zaman müxtəlif suallar verilir.

İşlə bağlı suallardan əlavə, işəgötürənlər şəxsi suallar da verir.

Məsələn, ailə vəziyyəti ilə bağlı suallar.

Ancaq maraqlıdır, bu cür hallar qanunidirmi?

Məsələ ilə bağlı Gununsesi.info -ya danışan ekspert Sahib Altayov deyir ki, bu cür məsələlər hüquqi risk yarada bilər:

“Əgər sual birbaşa işin tələb etdiyi peşəkar məsuliyyətlə bağlı deyilsə, yəni “bu vəzifəni icra etmək üçün” nəzakətli və qanuni səbəb tələb etmirsə, o zaman həmin sualın verilməsi hüquqi risk yarada bilər. Məsələn, işin xarakteri “saatlarla səfər etməyi tələb edir”sə, “Sizin ailə vəziyyətiniz səfərlərə mane olmayacaqmı?” kimi sual heç də tamamilə qadağan deyil, amma açıq-aydın tələblə bağlı olmalı və şəffaf olmalıdır. Əks təqdirdə, “Ailəlisinizmi?”, “Uşağınız varmı?” kimi suallar diskriminasiya elementini daşıya bilər və işəgötürənin tərəfindən risk yaradar”,- deyə o bildirib.

 

Orxan

Gununsesi.info