Klub prezidenti baş hakimə hücum etdi - VİDEO

  • By admin
  • 23 Dekabr 2021 21:55

“Yeni Malatyaspor” və “Kayserispor” komandaları arasında keçirilmiş futbol üzrə Türkiyə Super Liqasının XVIII tur matçından sonra insident baş verib.

Gununsesi.info xəbər verir ki, Malatya təmsilçisinin prezidenti Adil Gevrek meydana daxil olaraq, oyunun baş hakimi Hüseyin Göçekə hücum çəkib. Buna referinin görüşün son dəqiqələrində qonaq komandanın lehinə penalti qərarı verməsi səbəb olub.

Göçek və köməkçiləri polislərin müşayiəti ilə paltardəyişmə otağına yollanıblar.

Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.