Leyla uğur formulunu AÇIQLADI

  • By admin
  • 30 Noyabr 2021 11:39

“Küləyin istiqamətini dəyişə bilmərik. Amma yelkənləri düzgün yerləşdirsək, məqsədimizə tez çatarıq. Bəzən qarşımıza çıxan maneələrə layiq olduğundan çox dəyər verib böyüdürük”.

Gununsesi.info xəbər verir ki, bu sözləri aparıcı Leyla Quliyeva instaqramda yazıb. Aparıcı hesab edir ki, məqsədə gedən yol nə qədər tikanlı olsa da, iddialarımızdan əl çəkməməliyik:

“Halbuki, diqqət eləyəndə görürsən ki, maneə deyilmiş, əksinə, nəfəsini dərib yola davam etmək üçün çox yaxşı fürsət imiş. Qarşını(mı)za çıxan və çıxacaq bütün maneələri aşacaq qədər güclü olmağı arzu edirəm!”

Gununsesi.info