Nikol deputatlara Brüssel görüşündən danışdı

  • By admin
  • 24 Dekabr 2021 11:17

Baş nazir Nikol Paşinyan Mülki Müqavilə fraksiyasının üzvləri ilə keçirdiyi qapalı görüşdə Brüssel səfəri ilə bağlı hesabat verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.

Qəzetin iddiasına görə, Paşinyan səfəri səmərəli hesab edib. O deyib ki, konkret razılaşmalar əldə olunub və bunun bariz sübutu erməni əsirlərin qaytarılmasıdır.

Gununsesi.info