Pekin olimpiadasında daha 45 nəfər koronavirusa yoluxdu

  • By admin
  • 05 Fevral 2022 09:49

Çinin paytaxtı Pekindəki XXIV Qış Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı artıb.

Gununsesi.info-nun yarışın Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, daha 45 nəfərin testi pozitiv çıxıb.

Onlardan 25-i idmançılar və digər rəsmi şəxslərdir.

Qeyd edək ki, Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edəcək. Yarışda fiqurlu konkisürənlər – Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq. Olimpiadaya fevralın 20-də yekun vurulacaq.

Gununsesi.info