Prezidentə təqaüdə çıxan səfirə yenidən etimad göstərdi

  • By admin
  • 04 May 2022 15:14

Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Gununsesi.info
xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Diplomat, tərcüməçi, ədəbiyyatşünas və tənqidçi Vilayət Quliyev 1952-ci il noyabrın 5-də Ağcabədi rayonunun Ağcabədi qəsəbəsində fəhlə ailəsində anadan olub. Beyləqan rayonundakı Şahsevən orta məktəbini bitirdikdən sonra ADU-nun Fılologiya fakültəsində təhsil alıb. (1970-1975).

Üç il orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib, daha sonra Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olub.

Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi (1981-1985), böyük elmi işçi (1985-1987), elmi işlər üzrə müdir müavini, aparıcı elmi işçi (1987-1994) vəzifələrində çalışıb.

Vilayət Quliyev 1999-2004-cü illərdə Azərbaycanın xarici işlər naziri olub. 2004-2010-cu illərdə Azərbaycanın Polşadakı səfiri işləyib.

2010-cu ildən 23 iyul 2021-ci ilədək Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tutub.