“Qarabağ” səfərdə cavabsız 6 qol vurdu - VİDEO

  • By admin
  • 15 Mart 2023 20:50

Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.

Gununsesi.info xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matçdan artıq 1-i başa çatıb. “Sumqayıt” “Qarabağ”ı qəbul edib.

Ağdam təmsilçisi rəqibinə 6 cavabsız qolla qalib gəlib.

“Sumqayıt” – “Qarabağ” – 0:6

Qollar: Leandro Andrade, 7 (0:1), Musa Qurbanlı, 12 (0:2), Abdullah Zubir, 21 (0:3), Musa Qurbanlı, 45+3 (0:4), Leandro Andrade, 49 (0:5), Reydon Cica, 87 (0:6)

Gununsesi.info