“Qarabağ”ın dünya reytinqindəki yeri açıqlandı

  • By admin
  • 11 Sentyabr 2022 11:33

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Gununsesi.info IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 304 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız “Qarabağ” yer alıb.

Aktivində 131 xal olan “köhlən atlar” ötən ayla müqayisədə 13 sıra geriləyərək 91-ci pillədə qərarlaşıb.

Ölkə çempionu Türkiyənin “Fənərbağça”, Kolumbiyanın “Atletiko Nasyonal” və Belçikanın “Brügge” klubları ilə eyni xala malikdir.

İlk “3-lük”də 305 xalla “Palmeyras”, 303 xalla “Flamenqo” (hər ikisi Braziliya) və 293 xalla “Liverpul” (İngiltərə) qərarlaşıb.

Gununsesi.info