Rusiyada texniki baxış ləğv edilir

  • By admin
  • 22 Dekabr 2021 16:44

Rusiya Dövlət Duması avtomobillərin məcburi texniki baxışı ləğv edən dəyişiklikləri qəbul edib.

Gununsesi.info rus mediasına istinadən bildirir ki, qanunvericilikdə olan dəyişiklik fiziki şəxslərin mülkiyyətində olan və onların şəxsi məqsədləri üçün istifadə edilən avtonəqliyyat vasitələrinə aid edilir.

Yeni qanuna görə, hüquqi şəxslərin mülkiyyətində olan nəqliyyat vasitələri texniki baxışa cəlb ediləcək. Bura avtobuslar, taksi xidməti göstərən avtomobillər aiddir.

Gununsesi.info