Rusiyanın Qara dənizdə daha bir gəmisi məhv oldu

  • By admin
  • 06 May 2022 14:30

Qara dənizin İlan adasının yaxınlığında Rusiyaya məxsus 11356P “Burevestnik” layihəli freqatın göyərtəsində partlayış və sonra yanğın baş verib.

Gununsesi.info bildirir ki, bu barədə Odessanın “Dumskaya” qəzeti yazıb.

Fövqəladə vəziyyət barədə dünən sosial şəbəkələrdən məlum olub. Qəzet yazır: “Bu gün biz belə bir hadisənin həqiqətən baş verdiyinə dair təsdiq aldıq”.

Hazırda Qara dənizin bu akvatoriyasında Rusiya aviasiyası dövrə vurur və işğal olunmuş Krımdan xilasedici gəmilər bu gəmiyə kömək üçün çıxıblar.

İşğalçılar arasında ştatdankənar vəziyyətin nədən yarandığı, eləcə də Rusiya Federasiyasının Qara dəniz donanmasının tərkibinə daxil olan bu tipli üç freqatdan hansının zədələndiyi hələlik bəlli deyil.

“Dumskaya” bildirir ki, Rusiya donanmasının növbəti uğursuzluğu aydınlaşdırılır.

İlkin məlumata görə, gəmi Ukraynanın “Neptun” gəmi əleyhinə raketi ilə vurulub.

Rusiyanın Qara dəniz donanmasının gəmi heyətinə 11356Р “Burevestnik” layihəli üç freqat daxildir: 2016-2017-ci illərdə istismara verilmiş “Admiral Qriqoroviç”, Admiral Essen” və “Admiral Makarov”. NATO kodifikasyası üzrə – Krivak V – yaxın, uzaq dəniz və okean zonasında raketli silahla idarə olunan 2-ci dərəcəli çoxməqsədli freqatları seriyası.

Belə freqatların zərbəçi raket silahlanmasının əsasını “Kalibr” qanadlı raketlərindən istifadə edən 3S14 universal buraxılış qurğuları təşkil edir. Hər freqatda səkkiz raket buraxılış özəyi var.

Gununsesi.info