“Sabah” Sloveniyada daha bir yoxlama matçı keçirib

  • By ilhame
  • 13 İyul 2024 22:35

Yeni mövsümün hazırlığını Sloveniyada davam etdirən “Sabah” klubu bu gün növbəti yoxlama matçını keçirib.

Gununsesi.info xəbər verir ki, Bakı təmsilçisi “Krivbas” (Ukrayna) ilə qarşılaşıb.

“Brejitse” stadionunda gerçəkləşəcək matçda 2:2 hesablı heç-heçə qeydə alınıb.

Qeyd edək ki, Bakı klubu daha əvvəl yoxlama görüşündə Sloveniyanın “Koper” komandasına 1:0 hesabı ilə qalib gəlib. “Çukariçki” (Serbiya) kollektivi ilə görüş isə qolsuz yekunlaşıb.

Gununsesi.info