Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı

  • Müəllif: Firuzə
  • 02 Avqust 2026 11:14

Azərbaycanın MMA idmançısı Tofiq Musayev Mütləq Döyüş Çempionatında (UFC) növbəti qələbəsini qazanıb.

Gununsesi.info xəbər verir ki, o, Serbiyanın paytaxtı Belqraddakı turnirdə slovakiyalı Lyudovit Kleynlə üz-üzə gəlib.

T. Musayev ikinci raundda rəqibini texniki nokautla məğlub edib.

Xatırladaq ki, T. Musayev daha əvvəl ABŞ-də Çilidən olan İqnasio Bahamondesə qalib gəlib.

Gununsesi.info