Günel Mövludun Bakıya gələn həyat yoldaşı həbs edildi - ÖZƏL

  • By Admin2
  • 03 İyul 2026 17:41

Norveçdə yaşayan yazar Günel Mövludun həyat yoldaşı Hacı Hacılı Azərbaycanda həbs edilib.

Gununsesi.info-nun xəbərinə görə, Hacı Hacılı bu günlərdə ölkəyə gəlib.

Həbsindən sonra ona CM-nin 206 (Qaçaqmalçılıq) maddəsi üzrə ittiham elan olunub.

Barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilən Hacılı hazırda Kürdəxanıdakı 1 Saylı İstintaq Təcridxanasında saxlanılır.

Elmar

Gununsesi.info