İctimai şüurda belə bir anlayış var ki, susmaq hər zaman razılıq əlamətidir.
Ancaq doğrudan da belədirmi?
Hüquqda bu məsələ necə qarşılanır?
Gununsesi.info-ya bu barədə hüquqşünas Şamil Paşayev danışıb.
O bildirib ki, hüquqda əsas prinsip ondan ibarətdir ki, şəxsin iradəsi açıq şəkildə ifadə edilməlidir.
“Buna görə də bir insanın cavab verməməsi və ya susması adətən razılıq kimi qiymətləndirilmir. Lakin bəzi istisnalar mövcuddur. Qanunda, müqavilədə və ya tərəflər arasında əvvəlcədən formalaşmış münasibətlərdə susmanın hüquqi nəticə doğuracağı nəzərdə tutulubsa, həmin susma razılıq kimi qəbul edilə bilər. Məsələn, bəzi kommersiya münasibətlərində tərəflər əvvəlcədən razılaşa bilərlər ki, müəyyən müddət ərzində etiraz edilməzsə, təklif qəbul olunmuş hesab ediləcək. Belə hallarda susmaq hüquqi əhəmiyyət daşıya bilər”,- deyə o qeyd edib.
Elmar
Gununsesi.info












