Bakı-Ağdam qatarının bütün biletləri SATILIB

  • Müəllif: Firuzə
  • 30 Avqust 2025 12:50

32 ildən sonra ilk dəfə bu gün Bakıdan Ağdama yola düşmüş sərnişin qatarında tam doluluq qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, 27 avqustda satışa çıxarılmış biletlər 3 gün ərzində satılıb.

Sərnişinlər arasında Ağdamdan olan tanınmış ictimaiyyət nümayəndələri, media mənsubları və qonaqlar da var.

Müasir “Stadler” qatarı bu gün saat 7:10-da Bakıdan Ağdam istiqamətində hərəkətə başlayıb. Qatar saat 18:20-də əks istiqamətdə yola düşəcək.

 

Gununsesi.info