Bakıda həyət evləri bahalaşıb, mənzillərin qiymətləri də artacaq

  • By admin
  • 23 Fevral 2023 14:25

“Həyət evlərinin qiymətində artımlar müşahidə olunur. Bu, fantastik deyil, nisbi artımdır”.

Gununsesi.info xəbər verir ki, bunu “Unikal”a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

O bildirib ki, hazırda daşınmaz əmlak bazarında qiymətlər artır:

“Mənzil bazarında artıma doğru meyillər var. Bu da ucuz, qeydiyyatda olan mənzillərin təklif portfelinin məhdud olması ilə bağlıdır. Bu istiqamətdə araşdırmalar davam edir. İndi mənzil bazarı üçün aktiv dövrdür və qiymət artımlarını müşahidə edirik. Mənzillərin qiymətində artımlar gözlənilir. Bu, fərdi yaşayış evlərində qeydə alınacaq artımdan daha yuxarı olacaq”.

Gununsesi.info