Bakıda küçədə qadın meyiti tapıldı

  • Müəllif: Firuzə
  • 23 Fevral 2026 11:58

Bakıda 82 yaşlı qadın küçədə qəfil ölüb.

Gununsesi.info Oxu.az-a istinadən xəbər verir ki, hadisə fevralın 22-sində Hövsan qəsəbəsi H.Quliyev küçəsi ev 20-nin qarşısında baş verib.

Qəsəbə sakini 1944-cü il təvəllüdlü Qalina Aleksandrovna Solovyeva küçədə qəfil vəfat edib. Onun meyiti küçə sakinləri tərəfindən tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

Gununsesi.info