Şəmkirdə evin həyətindən meyit tapıldı

  • Müəllif: Firuzə
  • 17 Yanvar 2026 21:18

Şəmkirdə evin həyətindən yaşlı kişi meyiti tapılıb.

Gununsesi.info  xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Mahmudlu kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini, 1962-ci il təvəllüdlü Mehman Qurbanovun meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

Gununsesi.info