Türkiyənin idman səhifəsi “Zspor”un bloqeri Recep Kaya “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova sürpriz edib.
Gununsesi.info xəbər verir ki, o, komandamıza İspaniyada “Atletik Bilbao” ilə keçiriləcək oyundan əvvəl dəstək videoçarxı hazırlayıb.
Belə ki, sözügedən videoçarxda İngiltərə, İran, Qazaxıstan, Almaniya, Türkmənistan, Belçika və Türkiyənin bir sıra şəhərlərindən insanlar “Qarabağ”a inandıqlarını və dəstək olduqlarını bildiriblər.
Qurban Qurbanov videonu izləyərkən təsirlənib.
Qeyd edək ki, “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda İspaniyanın “Atletik Bilbao” klubu ilə üz-üzə gələcək.“San Mames” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Həmin videoçarxı təqdim edirik:









