Azərbaycanın UEFA reytinqindəki mövqeyi

  • Müəllif: Firuzə
  • 26 Sentyabr 2025 10:37

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.

Gununsesi.info-nun məlumatına görə, bu, Avropa Liqasının əsas mərhələsində I turun oyunlarına əsasən müəyyənləşib.

Ölkə 21.500 əmsalla 25-ci pillədə qərarlaşıb. 26-cı sıradakı Slovakiyanın 21.375, 24-cü mövqedəki Serbiyanın 22.375 əmsalı var.

Qeyd edək ki, sıralamada İngiltərə (96.227) birincidir.

 

Gununsesi.info