Dövlət orqanlarında çalışanların işə çıxması ilə bağlı AÇIQLAMA

  • By admin
  • 03 Avqust 2020 19:40

“Epidemioloji vəziyyət nəzərə alınmaqla, dövlət orqanlarının işçilərinin hansı say tərkibində işə çıxması məsələsi müzakirə olunmaqdadır”.

Gununsesi.info-nun məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, hazırda yay mövsümü olduğu üçün dövlət orqanlarında iş yükü azalıb:

“Dövlət orqanlarının işçilərinin məhdudlaşdırıcı və ya növbəli prinsiplərlə işə çıxması müzakirə olunur. Dövlət qurumlarının iş yükü nəzərə alınmaqla qərar veriləcək”.

Gununsesi.info