Ermənilər Kiyev körpüsünü BAĞLADI - Paşinyana qarşı daha bir aksiya

  • By admin
  • 04 May 2022 10:03

Bu gün səhər saatlarında Ermənistanda müxalifət tərəfdarları paytaxt İrəvandakı Kiyev körpüsünü bağlayıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Etirazçılar betonqarışdıran maşın və yük avtomobilləri ilə yolu bağlayıblar.

“Biz ölkənin türklərə və azərbaycanlılara verilməsini istəmirik. Buna qarşı mübarizə aparacağıq”,- deyə nümayişçilər deyiblər.

Hazırda ərazidə nəqliyyatın hərəkəti iflic olub, təhlükəsizlik qüvvələri avtomobilləri çıxarmaq üçün yollar axtarırlar. Hüquq-mühafizə orqanlarının əməkdaşları etiraz aksiyası iştirakçılarını saxlamağa başlayıb.

Qeyd edək ki, mayın 2-dən Ermənistan paytaxtında müxalifət qüvvələrinin kütləvi aksiyalarına start verilib. Etirazçılar Qarabağla bağlı siyasətə görə hakimiyyətin istefasını tələb edirlər.

Gununsesi.info