Çempionlar Liqasının digər finalçısı bu gün bilinəcək

  • By admin
  • 04 May 2022 10:01

Bu gün UEFA Çempionlar Liqasında növbəti finalçı məlum olacaq.

Gununsesi.info xəbər verir ki, İspaniyanın “Real Madrid” klubu yarımfinal mərhələsinin cavab oyununda İngiltərənin “Mançester Siti” komandasını qəbul edəcək. “Santyaqo Bernabeu” stadionunda keçiriləcək matçın baş hakimi italiyalı Daniele Orsato olacaq.

“Kral klubu”ndan Eden Azar zədə səbəbindən görüşü buraxacaq. David Alaba və Qaret Beylin meydana çıxması sual altındadır. Qonaqlardan isə Con Stounz zədəli olduğu üçün oynamayacaq. Kayl Uokerin matçda iştirak edib-etməyəcəyi bəlli deyil.

Komandalar arasında Mançesterdə keçirilmiş ilk oyunda “şəhərlilər” 4:3 hesablı qələbə qazanıb. Cütün qalibi finalda İngiltərə  “Liverpul”u ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası, yarımfinal

23:00. “Real Madrid” (İspaniya) – “Mançester Siti” (İngiltərə)

Baş hakim: Daniele Orsato (İtaliya)

Madrid, “Santyaqo Bernabeu” stadionu.

İlk oyun – 3:4

Qeyd edək ki, yarımfinalın digər cavab oyununda “Liverpul” İspaniyada “Vilyarreal”a 3:2 hesabı ilə qalib gəlib. İngiltərə təmsilçisi öz meydanında da 2:0 hesablı qələbə qazandığı üçün finala adlayıb.

Gununsesi.info