İmamoğlu ona daş atan təxribatçılara himayədarlıq edən polislərə səsləndi - BİZ DƏ SİZİ SEYR EDİRİK/ VİDEO

  • By admin
  • 08 May 2023 00:07

“Millet İttifakı”nın Prezidentliyə namizədi Kamal Kılıcdaroğlunun vəkili kimi Ərzurumda xalq qarşısına çıxan Əkrəm İmamoğlu təxribata məruz qalıb.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, bir qrup şəxs polisin müşayiəti ilə İmamoğlu olan səhnəni daşa basıb.

Olay zamanı yaralıların olduğu deyilir.

Ancaq təxribatdan çəkinməyən İmamoğlu Əruzum valisinin və polisinə səslənib: “Biz də sizi buradan seyr edirik. Əlində türk bayrağı olan vətəndaşa daş atdırırsınız”.

 

Tərcümə:

Günel